BMT Məhkəməsi İsrailə qarşı bir sıra tələblər irəli sürüb

Qəzza əməliyyatı ilə bağlı
BMT Məhkəməsi İsrailə qarşı bir sıra tələblər irəli sürüb

Haaqa Beynəlxalq Məhkəməsi 1948-ci il Soyqırımın qarşısının alınması və cəzalandırılması haqqında Konvensiyanı pozmaq ittihamı ilə Cənubi Afrikanın İsrailə qarşı qaldırdığı iddiaya baxmağa davam edəcək.

Məhkəmə Cənubi Afrikanın Qəzza zolağında gedən döyüşlərlə bağlı irəli sürdüyü iddiaların ən azı bəzilərini diqqətə layiq bilib.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə cümə günü keçirilən məhkəmə iclasında xəbər verilib.

Məhkəmə həmçinin bildirib ki, İsrailə qarşı təcili müvəqqəti tədbirlər haqqında qərar qəbul edib. Amma maraqlıdır ki, bununla belə, o, İsrailin Qəzza zolağında HƏMAS qruplaşmasına qarşı hərbi əməliyyatının tam dayandırılmasını tələb etməyib.

Məhkəmə İsraildən zolağın Fələstin əhalisinin soyqırımının qarşısını almaq, soyqırım çağırışlarına yol verməmək, Qəzzada törədilmiş mümkün cinayətlərin sübutlarını məhv etməmək, həmçinin Qəzza zolağında humanitar vəziyyətin yaxşılaşdırılmasına kömək etmək üçün tədbirlər görməsini tələb edib.

İsraildən həmçinin fələstinlilərə qarşı cinayət törətdikləri iddia edilənləri müəyyən edib mühakimə etmələri tələb olunur.

Və İsraildən də bir ay ərzində görülən tədbirlərlə bağlı məhkəməyə məlumat verməsi tələb edilib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə