Medvedev "fal açır"..?

Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev Amerikanın Texas ştatında məhkəmənin sərhəddə tikanlı məftillərin sökülməsinə, qubernatorun isə böhran şəraitində istehkamların bərpasına göstəriş verdiyi vəziyyətə cavab verib. SİA bu barədə rus saytlarına istinad edir.

...Texas Xalq Respublikasının yaranması getdikcə daha reallaşır, deyən Rusiya Federasiyasının keçmiş prezidenti Telegram kanalında,..ilin sonundakı yumoristik proqnozunda danışdığı şeyin Texasda artıq baş verdiyini bildirib.

Siyasətçi ABŞ rəhbərliyinin ən böyük ştatlardan birində yaranmış miqrasiya böhranının öhdəsindən gəlməkdə tam acizliyini nümayiş etdirdiyi qənaətindədir.

...Onun qubernatoru Ağ Evin zəif qoca Baydenlə mövqeyinə əhəmiyyət vermədi və tikanlı məftilləri bərpa etməyə başladı.

Bunu deyən Medvedev proqnozlaşdırır ki, Birləşmiş Ştatlar Şimal və Cənub arasında vətəndaş müharibəsi ilə müqayisə oluna biləcək dağıdıcı vətəndaş qarşıdurması uçurumuna düşmək riski daşıyır.

...Tarix ayrı-ayrı ştatların Şimali Amerika Birləşmiş Ştatlarından qoparaq konfederasiya yaratmağa çalışdığı halları bilir.

Medvedev bildirib bunu.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə