Xorvatiyanın Split şəhərinin rayon məhkəməsi keçmiş ukraynalı deputat və Vladimir Putinin xaç atası Viktor Medvedçukun “Royal Romance” yaxtasının Ukraynaya verilməsinə qərar verib.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Ukraynanın Aktivlərin İzlənməsi və İdarə Edilməsi Agentliyinin rəhbəri Yelena Duma məlumat verib.
Onun sözlərinə görə, yaxtanın qiymətləndirilməsindən sonra o, açıq hərracda satılacaq və satışdan əldə olunan gəlir Ukrayna dövlətinin xeyrinə istifadə olunacaq.
Rəsmi əlavə edib ki, bu lotun satışı xaricdə yerləşən həbs edilmiş aktivlərin satışının ilk nümunəsi olacaq.
Qeyd edək ki, 2015-ci ildə 92 metrlik “Royal Romance” yaxtası Medvedçukun həyat yoldaşı Oksana Marçenkoya məxsus Fregata Marine tərəfindən alınıb. 2021-ci ilin mart ayında gəmi Marşal adalarında qeydiyyatdan keçmiş başqa bir şirkətdə yenidən qeydiyyata alındı.
Və 2022-ci ilin martında Xorvatiya hakimiyyətinin “Royal Romance”i həbs etdiyi bildirildi.
Onu da qeyd edək ki, yaxtanın dəyəri 200 milyon avro qiymətləndirilirdi.
Bu yaxınlarda Xorvatiya mətbuatında yaxtanın Xorvatiyanın Trogir limanından üzdüyü barədə məlumat yayılıb.
Yelena Duma dəqiqləşdirib ki, yanvarın 25-də gəmi texniki xidmət, üzmə qabiliyyətini və mühərrikin işləməsini təsdiqləmək üçün müvəqqəti olaraq limanı tərk edib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB