Nikol Paşinyan Gürcüstana səfərə gəlib

Nikol Paşinyan Gürcüstana səfərə gəlib

Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana işgüzar səfərə gəlib.

SİA xəbər verir ki, səfərin məqsədi Gürcüstan və Ermənistan arasında İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 13-cü iclasında iştirak etməkdir. İclasın sonunda bir sıra sənədlərin imzalanması gözlənilir.

Nikol Paşinyanın gürcü həmkarı İrakli Qaribaşvili ilə təkbətək görüşü də planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə