Monqolustanda ev heyvanları haqqında qanun qəbul edilib. Bu qanun, sahibsiz heyvanların vurulmasını qadağan edir və qəyyumları ev heyvanlarını qeydiyyata almağa məcbur edir.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, ölkə tarixində heyvan hüquqları ilə bağlı ilk qanun Monqolustanın “Happy Paw” QHT-si və ev heyvanları haqqında qanunu dəstəkləmək üçün deputatlara müraciət edən 17 mindən çox fəal sayəsində ortaya çıxıb.
Bu əlamətdar hadisə əcdadlarımızın heyvanlara qarşı mərhəmət irsinə hörmətlə yanaşır. Heyvan hüquqları haqqında ilk qanunun qəbulu əlamətdar nailiyyətdir və həm insanlara, həm də heyvanlara qarşı xeyirxahlığı əhatə edən cəmiyyəti müdafiə edən onilliklər boyu könüllü işin zirvəsidir.
Qeyd edək ki, bunu “Happy Paw” koordinatoru Bujinlham Erdenebat deyib.
Xatırladaq ki, əvvəllər Monqolustanda hər il yüz minə qədər sahibsiz heyvan zəhərlənərək güllələnirdi ki, bu da vergi ödəyicilərinə təxminən 450 min dollara başa gəlirdi. İndi qanun bütün səviyyələrdə səlahiyyətliləri sahibsiz heyvanların doğuşuna nəzarətə diqqət yetirməyə məcbur edir.
Və yei gəlmişkən, “Happy Paw”ın sətri tərcüməsi “Xoşbəxt pəncələr” deməkdir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB