...Rusiyada əhalinin sayı 0,17 faiz azalaraq 146,2 milyon nəfər olub.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə Rosstat məlumat yayıb.
Federal Statistika Xidmətinin məlumatlarından belə çıxır ki, 2023-cü il yanvarın 1-nə müvafiq rəqəm 146 milyon 447 min 424 nəfər olub.
Nəşr, əlavə olaraq, deyir ki, 109,6 milyon nəfər şəhərlərdə, 36,6 milyon nəfər isə kəndlərdə yaşayır.
Məlumatlar Donetsk və Luqansk Xalq Respublikaları, həmçinin Zaporojye və Xerson vilayətləri üzrə məlumatlar nəzərə alınmadan verilir.
Yanvarın əvvəlində Rosstat bildirib ki, optimist ssenari ilə Rusiyada 2045-ci ilə qədər orta ömür uzunluğu 84,5 il olacaq.
Federal Xidmət üç demoqrafik proqnoz variantını təqdim edcib: aşağı, orta və yüksək (nikbin).
Qeyd olunur ki, pessimist versiyada 2045-ci ilə qədər gözlənilən ömür uzunluğu 77,1 yaşa (qadınlar üçün - 81,4 yaş, kişilər üçün isə 72,6 il) çatacaq.
Bundan əlavə, yüksək proqnoza görə, 2046-cı ilə qədər ölkə əhalisinin sayı 150,87 milyon nəfərə çatacaq.
Qeyd edilir ki, bütün məlumatlar Rusiyanın yeni bölgələrində yaşayan vətəndaşlar nəzərə alınmadan təqdim edilmişdir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB