Tramp qanun layihəsini mənasız adlandırıb

Tramp qanun layihəsini mənasız adlandırıb

ABŞ-ın sabiq Prezidenti Donald Tramp ölkə Konqresinin hazırda üzərində işlədiyi Cənubi Amerika sərhədinə nəzarət haqqında qanun layihəsini mənasız adlandırıb. SİA TASS agentliyinə istinadla xəbər verir ki, D.Tramp sosial şəbəkə hesabında yazıb: “Saxta seçkilər və açıq sərhədlər səbəbindən ölkəmiz ciddi problemlə üzləşib. Senatın hazırda üzərində çalışdığı iş təhlükəsizlik və sərhədlərin bağlanması baxımından mənasız olacaq”.

Bütün xəbərlər Facebook səhifəmizdə