İrəvanda mənzil qiymətləri yaman bahalaşıb...

İrəvanda mənzil qiymətləri yaman bahalaşıb...

İrəvanda mənzillərin bahalaşması davam edir. Deyilənlərə görə, bəzi ərazilərdə mənzillərin qiymətləri il ərzində 13 faiz bahalaşıb. Ermənistanın paytaxtında iki il dalbadal yaşayış evlərinin qiymətlərində artım müşahidə olunur. Belə ki, əgər 2022-ci ildə artım 5-10 faiz idisə, 2023-cü ildə qiymətlər 6,5-13,5 faiz artıb.

İrəvanın Daşınmaz Əmlak Kadastrı üzrə Dövlət Komitəsinin məlumatına görə, ötən il ən çox qiymət artımı şəhərin mərkəzində - plus 13,5 faiz, Ərəbkir rayonunda - 12,5 faiz, Davidaşendə - 12 faiz olub.

Mənzil qiymətləri ən az Kanaker-Zeytun və Nubaraşen rayonlarında - 6,5 faiz, Ajapnyak rayonunda 7 faiz artıb.

Ən bahalı “kvadrat” İrəvanın mərkəzində - demək olar ki, 838 min, ucuzu isə Nubaraşendə - 214 min drama satılır.

Yeri gəlmişkən, 2023-cü ildə İrəvanda mənzillərin alqı-satqısı üzrə əməliyyatların sayı əvvəlki illə müqayisədə təxminən 30 faiz azalıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə