Tramp Bayden üzərində liderliyini genişləndirir...

Tramp Bayden üzərində liderliyini genişləndirir...

ABŞ-ın keçmiş prezidenti Donald Tramp seçki marafonunda hazırkı lider Cozef Baydeni üzərindəki üstünlüyünü artırıb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə,

sorğu “Reuters/Ipsos” tərəfindən aparılıb.

Beləliklə, respondentlərin 40 faizi Trampa, yalnız 34 faizi Baydenə səs verəcəklərini deyiblər. Səs verənlərin qalan hissəsi öz seçimi ilə bağlı qərar vermədiklərini, başqasına səs verməyi planlaşdırdıqlarını və ya heç kimə səs verməyəcəklərini bildiriblər.

Bundan əlavə, respondentlərə Respublikaçılar və Demokratlardan başqa namizədlərə səs vermək imkanı verildikdə Trampın altı faizlik üstünlüyü davam edib.

Maraqlıdır ki, sorğuda iştirak edən amerikalı seçicilərin əksəriyyəti həm Trampdan, həm də Baydendən narazı olduqlarını bildiriblər.

Belə ki, respondentlərin dörddə üçü hesab edir ki, ABŞ-ın hazırkı prezidenti hakimiyyətdə işləmək üçün çox qocadır. 70 faizi onun yenidən seçilməsinə, 56 faizi isə Trampa qarşıdır. Qeyd edək ki, “Reuters/Ipsos” sorğusu 1250 amerikalı böyükləri əhatə edib və üç faiz bəndi xəta marjasına malikdir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə