''İsrail “Həmas''ı məhv etmək mövzusunda qərarlıdır''

''İsrail “Həmas''ı məhv etmək mövzusunda qərarlıdır''

İsrailin xarici işlər naziri Yisrael Katz İranı hədəf alaraq deyib:
“Əgər geri addım atmasalar, bunun əvəzini ödəyəcəklər''.
SİA-nın əldə etdiyi məlumata görə, Yisrael Katz İsraildə rəsmi səfərdə olan britaniyalı həmkarı Devid Kemeronla keçirdiyi görüşdən sonra yazılı bəyanat verib.
İsrailin xarici işlər naziri deyib: "İran və onun bölgədəki qollarına qarşı addım atmaqdan çəkinməyəcəyik. Hizbullah geri addım atmasa, bunun əvəzini bütün Livan ödəyəcək".
Katz bir daha qeyd edib ki, İsrail “Həmas''ı məhv etmək və bütün israilli məhbusları azad etmək mövzusunda qərarlıdır.
Böyük Britaniya xarici işlər naziri Devid Kemerondan Qətərə səfərindən əvvəl Qəzzada tutulan israilli məhbusları azad etmək üçün nüfuzundan istifadə etməsini istəyən Katz həmkarından da bu mövzuda Qətərə təzyiq göstərməsini xahiş edib.

Bütün xəbərlər Facebook səhifəmizdə