“ABŞ Türkiyəni Montrö Boğazları Konvensiyasında razı sala bilməz”

“ABŞ Türkiyəni Montrö Boğazları Konvensiyasında razı sala bilməz”

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, ABŞ Türkiyəni Qara dənizdə naviqasiya qaydalarını dəyişməyə və hərbi gəmilərin boğazlardan Qara dənizə daxil olmasına razı sala bilməz.

SİA-nın əldə etdiyi məlumata görə, ABŞ Beynəlxalq Təhlükəsizlik Məsələləri üzrə müşaviri Selest Uollanderin ABŞ-ın Türkiyədən Qara dənizdə naviqasiya qaydalarını daha az sərtləşdirməsini istəyəcəyi ilə bağlı açıqlamasını dəyərləndirən Lavrov "Türkiyə rəsmilərinin açıqlamalarına baxsaq "Buna nail olacaqlarını düşünmürəm" deyib.

Qeyd edək ki, Türkiyə hərbi gəmilərin Qara dənizə Boğazlardan daxil olmasını qəbul etməmək barədə mövqeyindən əl çəkmir.

1936-cı ildə imzalanmış Montrö Boğazları Konvensiyası ticarət gəmilərinin İstanbul və Çanaqqala boğazlarından keçməsini tənzimləyir və yalnız müharibə dövründə onların keçidini məhdudlaşdırır. Razılaşmaya əsasən, Qara dənizə sahili olmayan ölkələrin hərbi gəmiləri Qara dənizdə üç həftədən artıq ola bilməz.

Fövqəladə hallarda Türkiyənin hərbi gəmilərin boğazlardan keçməsini məhdudlaşdırmaq və ya qadağan etmək hüququ var.

Türkiyə hakimiyyəti dəfələrlə bəyan edib ki, 24 fevral 2022-ci il tarixində Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Montrö Boğazlar Konvensiyasına uyğun olaraq heç bir hərbi gəminin Qara dənizə keçməsinə icazə verməyiblər.

Bütün xəbərlər Facebook səhifəmizdə