Almaniya müdafiə planı hazırlayır...

Almaniya müdafiə planı hazırlayır...

Almaniya Soyuq Müharibədən bəri ilk dəfə olaraq Almaniyanın hərbi və hüquq-mühafizə idarə eləcə də təşkilatların gərginlik halında necə birlikdə hərəkət edəcəyini müəyyən edəcək inteqrasiya olunmuş müdafiə plan hazırlayır.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, bunu

ərazi komandanlığının komandiri general-leytenant Andre. Bodemann bildirib.

Almaniya üçün əməliyyat planı Almaniyada və bütövlükdə Avropada mövcud təhlükəsizlik, eləcə də təhdid vəziyyətinə əsaslanır.

Bu müdafiə planlaması ilk növbədə çəkindirmə məqsədi daşıyır. Biz bunu münaqişənin və ya müharibənin baş verməsinin qarşısını almaq üçün edirik.

Bunu da Bodemann bildirib.

Qeyd edək ki, yüzlərlə səhifəlik sənəd tam məxfidir.

Sənədin yanvarın 31-də Berlində polis, mülki müdafiə rəsmiləri, elm adamları, enerji və logistika sənayesi nümayəndələri, eləcə də NATO müttəfiqlərinin iştirakı ilə keçiriləcək simpoziumda müzakirə olunacaq.

Planın martın sonunadək yekunlaşacağı gözlənilir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə