Suriya böhranının həllinə dair danışıqlar sona çatdı

Suriya böhranının həllinə dair danışıqlar sona çatdı

Türkiyə xarici işlər nazirinin müavini Əhməd Yıldız Qazaxıstanın paytaxtı Astanada Suriya böhranının həllinə dair Astana prosesinin zəmanətçi ölkələrinin iştirakı ilə keçirilən danışıqlarda terrorla mübarizədə ortaq qətiyyətin vurğulandığını bildirib.
SİA-nın əldə etdiyi məlumata görə, danışıqlarda Türkiyəni təmsil edən Əhməd Yıldız Qazaxıstanın ev sahibliyində dünən başlayan və bu gün sona çatan danışıqlarla bağlı jurnalistlərə açıqlama verib.
Danışıqların əsas məqsədinin Suriya böhranının həllində siyasi prosesi irəli aparmaq olduğunu bildirən Əhməd Yıldız deyib: "Türkiyə tərəfi olaraq Konstitusiya Komitəsi ilə bağlı işlərin başlamasını və sürətləndirilməsini təklif etdik".
Əhməd Yıldız Suriya böhranının həllinə dair Astana prosesinin zəmanətçi ölkələrinin müttəfiq olduğuna diqqət çəkib.
Yıldız nümayəndə heyətləri arasında keçirilən görüşlərdə İsrailin Fələstinə və qonşu ölkələrə hücumlarının Suriya sahəsində mümkün əks-sədaları ilə bağlı narahatlıqlarını ifadə etdiklərini bildirib.
Suriyaya humanitar yardımların kəsilməməsi lazım olduğunu vurğuladıqlarını deyən Yıldız, bu çərçivədə Suriya rejiminin humanitar yardımların çatdırılmasında ayrı-seçkilik etməməsi və qəbuledilməz şərtlər qoymaması lazım olduğunu vurğuladılar.
Növbəti görüşləri Astanada keçirəcəklərini deyən Yıldız, liderlər sammitinin bu il Astana formatında keçirilməsi barədə razılığa gəldiklərini bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə