Kiyevdəki nasistlər onlarla razılaşmayanları məhv etmək istəyir

Kiyevdəki nasistlər onlarla razılaşmayanları məhv etmək istəyir

Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Serbiyanın “Politika” nəşrinə müsahibəsində 10 il əvvəl Qərbin Ukraynada hakimiyyətə Stepan Bandera və Roman Şuxeviçin ideoloji ardıcılları olan əsl nasistləri gətirdiyini deyib.

O, vurğulayıb ki, bu hakimiyyətin məqsədi Kiyev rejimi ilə razılaşmayanların hamısını və ilk növbədə rusların hər şeyini məhv etməkdir. SİA bu barədə rus saytlarına istinad edir.

Zaxarovanın dediyinə görə, Ukraynada bu gün uşaqlar birinci sinifdən başlayaraq məktəbə rusları öldürməyə çağıran mahnılarla gedirlər. Yalnız orada Üçüncü Reyxdə olduğu kimi kitabları yandırır və küçələrdə məşəl yürüşləri keçirirlər.

Bunu deyən rusiyalı diplomat vurğulayıb ki, Rusiya İstintaq Komitəsi ukraynalı nasistlərin əməlləri ilə bağlı araşdırma aparır.

...Bu günə kimi 900-dən çox şəxs barəsində 4 mindən çox cinayət işi başlanıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə