Rusiyalı məhbuslar indi daha altı ay müddətinə və Rusiya prezidenti Vladimir Putinin əfv zəmanəti ilə Ukraynaya müharibəyə göndərilmirlər.
İndi onlara “şərti azadlıq” verilir və onlar qondarma xüsusi hərbi əməliyyatın sonuna qədər (...əslində ölənə qədər də demək olar-A.B.) xidmətə göndərilirlər.
SİA-nın əldə etdiyi məlumata görə, bunu BBC-yə məhbusların ailə üzvləri bildiriblər.
Qeyd edək ki, rusiyalıların həbsxanalardan kütləvi şəkildə müharibəyə cəlb edilməsi 2022-ci ilin yayından başlayıb. Deyim ki, əvvəlcə məsələyə “Vaqner” PMC-nin rəhbəri Yevgeni Priqojin, sonra isə Müdafiə Nazirliyi girişdilər.
Və 2023-cü ilin fevral ayından etibarən bu sahədəki bütün “səlahiyyət” yalnız hərbçilər tərəfindən həyata keçirilir.
Gərək ki, xatırlamış olarsınız, bundan əvvəl 6 ay cəbhə xəttində “əsgər kimi” xidmət edən məhbus prezident tərəfindən əfv edilib və evlərinə göndərilidi. Onu da qeyd edək ki, həmən ərəfədə 50 mindən artıq rus məhbusu cəbhəyə göndərilmişdi.
Və onlrdan öləni-ölmüş, qalanlar isə bir növ ağır zorakılıq cinayətlərini davam etdirmək üçün əvvəlki yaşayış yerlərinə qayıdıblar.
Yeri gəlmişkən, indi məhbusları müqavilə bağladıqdan sonra könüllü kimi cəbhəyə aparırlar. Doğrudur, müqavilə altı ay müddətinə bağlanır, lakin “podratçı” daha altı aydan sonra evə qayıda bilməyəcək, çünki müqavilə avtomatik olaraq uzadılacaq.
Nəticədə, payızdan “şərti azad edilmiş” statusunda olan məhbuslar adi müqaviləli əsgərlər və ya səfərbər edilmiş əsgərlərlə eyni şəraitdə döyüşəcəklər.
Belə ki, artıq onlara müharibə bitənə qədər evlərinə qayıtmağa icazə verilməyəcək.
BBC qeyd edir ki, hüquqi nöqteyi-nəzərdən məhbusların hazırda həbsdən azad edilməsi prosedurunu “şərti azad etmə” adlandırmaq olmaz, çünki şərti azadlığa buraxılma məsələləri məhkəmələrdə həll olunur. Buna görə də cəbhəyə getmək istəyən məhbuslara münasibətdə “şərti azad etmə” qaydası tətbiq edilir.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB