ABŞ prezidenti Cozef Bayden Senatın və Nümayəndələr Palatasının xarici əlaqələr komitələrinin rəhbərlərinə ünvanladığı məktubda Türkiyəyə "F-16" təyyarələrinin satışını təsdiqləməyə çağırıb.
"Bloomberg" agentliyi xəbər verir ki, Türkiyə parlamentinin İsveçin NATO üzvlüyünə razılıq verməsi rəsmi Vaşinqtonun Ankaraya döyüş təyyarələri satması üçün ilkin şərt idi.
SİA-nın AZƏRTAC-dan əldə etdiyi məlumata görə, Türkiyə parlamentinin 287 deputatı sənədin lehinə, 55-i isə əleyhinə səs verib. Bundan sonra sənəd imzalanması üçün Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana göndərilib.
Türkiyədə ratifikasiya prosesi başa çatdıqdan sonra Macarıstan İsveçin üzvlüyünü təsdiq etməyən yeganə alyans üzvü olacaq. Bir müddət öncə Macarıstanın baş naziri Viktor Orban NATO-nun baş katibi Yens Stoltenberqlə telefon danışığı zamanı parlamenti İsveçin alyansa üzvlüyünü mümkün qədər tez ratifikasiya etməyə çağıracağını deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB