Deyəsən, Zelenski də tərəddüd edir..?

Zelenski “İl-76” haqqında: Beynəlxalq araşdırmada israr edəcəyəm...
Deyəsən, Zelenski də tərəddüd edir..?

Belə görünür ki, ukraynalı hərbçi Aleksandr Kovalenkonun Belqorod vilayətində vurulan “İl-76” təyyarəsində ukraynalı hərbi əsirlərin olması ilə bağlı tərəddüdlərinə prezident Vladimir Zelenski də “şərik olur”..?

Əvvəla qeyd edək ki, SİA-nın dünən də yazdığı kimi, Kovalenko dediklərini əsaslandımaq üçün bir necə fakt təqdim edib.

Budur, Ukrayna prezidenti Vladimir Zelenski də Rusiyaya məxsus “İl-76” hərbi təyyarəsinin qəzaya uğramasına münasibət bildirib.

Onun dediyinə görə,.. ruslar ukraynalı məhbusların həyatı, qohumlarının hissləri və cəmiyyətimizin emosiyaları ilə oynayırlar.

Qeyd edək ki, Zelenski, təyyarənin qəzaya uğramasının mümkün səbəbləri və ya göyərtəsində mübadilə üçün gətirilən Ukrayna Silahlı Qüvvələri əsgərlərinin olub-olmaması barədə bir söz deməsə də, amma baş verən hadisə ilə bağlı beynəlxalq araşdırmanın aparılmasında israrlı olacağını bildirib.

...Təyyarənin Rusiya ərazisinə - bizim nəzarətimizdən kənara düşdüyünü nəzərə alsaq, burada aydın faktları ortaya qoymaq lazımdır.

Onu da qeyd edək ki, bunu deyən Vladimir Zelenski ölkənin mərkəzi rayonlarına səfərini ləğv edib və onu ad günü münasibətilə təbrik etmək üçün görüş təyin etməyi qadağan edib.

Xatırladaq ki, cümə axşamı, yanvarın 25-də Ukrayna prezidentinin 46 yaşı tamam olur.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə