...İllərdir rus oliqarxları tərəfindən şübhəli milyardların yuyulması üçün istifadə edilən Kipr Rusiya kapitalı ilə sıx əlaqələrə son qoyub.
“Associated Press”-in məlumatına görə, 2014-2022-ci illər arasında Kipr bankları Rusiya müştərilərinin 82 faizinin hesablarını bağlayıb.
Ümumilikdə ruslarla əlaqəli 126 min hesab bağlanıb, 60 min fiziki və hüquqi şəxs ada dövlətinin kredit təşkilatlarında xidmətdən məhrum edilib. Yerli hakimiyyət orqanları xaric edilən vəsaitin həcmini 43,5 milyard avro qiymətləndirir.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Kipr prezidenti Nikos Xristodoulides bu həftə AŞPA qarşısında çıxış edərək, respublikanın Rusiya biznesi ilə intensiv əlaqələrinin keçmişdə qaldığını bildirib.
Kiprdən uzun müddətdir rus oliqarxları tərəfindən çirkli pulların yuyulması üçün ərazi kimi istifadə edilməsi ilə bağlı ittihamlara cavab olaraq dövlət başçısı səhvlərə yol verildiyini də etiraf edib.
O, həmçinin ölkə iqtisadiyyatına sərmayə yatırmaq üçün Kipr vətəndaşlığını ala biləcək “qızıl pasport” proqramını da tənqid edib.
Qeyd edək ki, ötən ilin yazında Kipr səlahiyyətliləri Rusiyanın ölkədə olması ilə bağlı istintaq çərçivəsində 29 iş açıb.
Belə ki, bu, Vaşinqton və London oliqarxların aktivlərini gizlətməkdə təqsirli bilinən 13 şirkət və şəxsi sanksiyalar siyahısına əlavə etdikdən sonra baş verib.
Yeri gəlmişkən, sərt tədbirlərin görülməsi ehtimalını hiss edərək, son altı ayda ən azı onlarla iri rus şirkəti Kipri tərk edib.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB