Kanadada təyyarə qəzası olub - ölənlər var

Kanadada təyyarə qəzası olub - ölənlər var

Kanadanın Arktika Şimal-Qərb ərazilərində kiçik sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 6 nəfər ölüb, 1 nəfər sağ qalıb. SİA xəbər verir ki, bu barədə yerli polisin açıqlamasında deyilib.

Təyyarə çərşənbə axşamı Fort-Smit yaxınlığında qəzaya uğrayıb. Məlumata görə, iki ekipaj üzvü və dörd sərnişin həlak olub. Digər sərnişin yaralanıb və Fort-Smit xəstəxanasındadır. Onun vəziyyəti barədə məlumat yoxdur.

Kanada Nəqliyyat Təhlükəsizliyi İdarəsi qəza ilə bağlı araşdırmalara başlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə