ABŞ-nin 3 bazasına hücum olundu

İraq və Suriyada ABŞ əsgərlərinin yerləşdiyi 3 bazaya PUA və raket hücumu edilib. SİA xəbər verir ki, bununla bağlı İraq İslami Müqavimət Təşkilatı məlumat yayıb.

İraqın qərbində yerləşən Ayn əl-Əsəd Hərbi Hava Bazasına, İraqın şimalında İraq Kürd Regional Rəhbərliyinin (KRH) Ərbil şəhərindəki Ərbil hava limanında yerləşən ABŞ bazalarına PUA və raketlər atılıb.

Təşkilatın bəyanatında qeyd olunub ki, hücumlar Qəzza zolağında Fələstin xalqına qarşı törədilən qətliamlara cavab olaraq həyata keçirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə