Misir prezidenti Netanyahu ilə danışmaqdan imtina edib

Misir prezidenti Netanyahu ilə danışmaqdan imtina edib

...Misir lideri yəhudi dövlətinin başçısı ilə danışıqlardan imtina edib. Məlum olub ki, İsrail Milli Təhlükəsizlik Şurası Benyamin Netanyahunun tələbi ilə Misir prezidenti Əbdülfəttah əs-Sisi ilə söhbətə başlamağa cəhd edib, lakin misirlilər dialoqa getməkdən imtina ediblər.

Bununla bağlı İsrail hakimiyyəti bəyan edib ki, yəhudi dövləti misirli həmkarları ilə dialoq qurmaq cəhdlərindən əl çəkmir.

SİA İsrail nümayəndə heyətlərinin Qahirəyə gəldiyini bildirir.

Misir öz növbəsində bəyan edib ki, bu ölkənin Xarici İşlər Nazirliyinin səylərinə baxmayaraq, İsrail Qəzzada sülhün bərqərar olmasını istəmir.

...Mümkün olmayan şərtlər atəşkəsə nail olmağa mane olur. İsrailin siyasi iradəsinin olmaması istənilən razılaşmanın əldə olunmasına mane olur.

Bunu Misirin Xarici İşlər Nazirliyi bəyan edib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə