“İl-76”-nın göyərtəsindəki məhbuslarla bağlı versiya inandırıcı deyil..?

Ekspert Rusiyanın hələ də mümkün qurbanların cəsədlərini göstərmədiyinə diqqət çəkib...
“İl-76”-nın göyərtəsindəki məhbuslarla bağlı versiya inandırıcı deyil..?

...Rusiya Müdafiə Nazirliyinin vurulan “İl-76”-da ukraynalı hərbi əsirlərin olması ilə bağlı təqdim etdiyi versiyada bir sıra uyğunsuzluqlar var.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu hərbi-siyasi müşahidəçi Aleksandr Kovalenko deyib.

Beləliklə, onun dediyinə görə, təyyarə təxminən saat 11:00 radələrində Belqorod vilayətində qəzaya uğrayıb və Rusiya Federasiyasının informasiya məkanında ilk olaraq “İl-76”-nın Rusiya hava hücumundan müdafiə sistemi tərəfindən vurulması ilə bağlı xəbər yaranıb.

Sonradan Moskva, guya təyyarədə dəyişdirilmək üçün aparılan ukraynalı məhbusların Ukrayna Silahlı Qüvvələri tərəfindən vurulduğunu bildirib.

Kovalenko, qəza yerindən təqdim edilən ilk görüntülərdə çoxlu sayda cəsəd görünmədiyini iddia edir. O dediklərini əsaslandırmaq üçün 2014-cü ildə Donetsk vilayətində “DXR” terrorçuları tırıfindən göyərtəsində 300 nəfərin olduğu sərnişin təyyarəsini vurduğunu nümunə göstərir.

Belə ki, həmən ərəfədə bütün sahəyə ölü cəsədləri səpələnmişdi.

Bundan əlavə, bir müddət bundan əvvəl “Vaqner” PMC-nin rəhbəri Yevgeni Priqojinin də keçirdiyi təyyarə qəzası zamanı çəsədlər aydın sezilirdi.

Amma “İl-76” ilə bağlı belə hallar gözə görünmür.

Kovalenko, həmçinin iddia edir ki, qəzadan əvvəl Rusiyanın “İl-76” təyyarəsi yerə enməyib, Belqorod hava limanından havaya qalxıb.

Ukraynalı hərbi-siyasi müşahidəçi sual edir: əgər siz Belqorodu tərk edirsinizsə, məhbusları dəyişdirmək üçün necə gətirə bilərsiniz?

...Maraqlıdır - OSINT analitikləri “İl-76” təyyarəsinin RA-78830 olduğunu, Misir, Səudiyyə Ərəbistanı və İran vasitəsilə Rusiyaya uçduğunu, Suriya bölgəsində radarlardan itdikdən sonra Belqorod ərazisində peyda olduğu faktını təsdiqləyiblər.

Qeyd edək ki, Kovalenko bunu “çox qəribə marşrut” adlandırır.

Və o, həmçinin Rusiya Müdafiə Nazirliyinin təyyarədə guya 65 ukraynalı məhbusun olduğuna və onları cəmi üç rus mühafizəçinin müşayiət etdiyi barədə açıqlamalarına diqqət çəkir.

Bu, inandırıcı görünürmü..?

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə