...Britaniya Silahlı Qüvvələrinin Quru Qoşunları Baş Qərargahının rəisi Patrik Sanders vətəndaşları könüllü olaraq orduya qoşulmağa və Rusiya ilə mümkün münaqişəyə hazırlaşmağa çağırıb.
SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə “The Times” qəzeti yazır.
Sanders hesab edir ki, Britaniya xarici siyasət təhdidləri fonunda səfərbər olmalıdır.
Jurnalistlər yazır ki, Baş Qərargah rəisi nazirləri Ukrayna münaqişəsinin kəskinləşəcəyi təqdirdə könüllüləri orduya cəlb etməyə kömək etməyə razı salmağı planlaşdırır.
Sandersin fikrincə, ingilislərin düşüncə tərzini dəyişdirmək vacibdir ki, onlar ölkəni xarici ölkələrin hücumlarından əllərində silah müdafiə etməyə hazır olsunlar.
Hərbi lider əmindir ki, indiki Britaniya ordusu hücumu dəf etmək üçün kifayət etməyəcək, çünki Londonun qüvvələri indi “çox kiçikdir”.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB