Başqırdıstanda iğtişaşlarla bağlı daha dörd nəfər həbs edilib

Başqırdıstanda iğtişaşlarla bağlı daha dörd nəfər həbs edilib

Ufa məhkəməsi fəal Fail Alsınovun hökmünə qarşı etiraz aksiyalarında iştirak edən Başqırdıstanın daha dörd sakinini həbs edib. Onlara martın 17-dək həbs qətimkan tədbiri seçilib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, kütləvi iğtişaşlarda iştirakla bağlı maddəyə əsasən, onları 3 ildən 8 ilədək həbs cəzası gözləyir. Məhkəmənin məruzəsində göstərilirdi ki, həm təqsirləndirilən şəxslərin özləri, həm də vəkilləri daha yumşaq həbs qətimkan tədbirinin seçilməsini tələb ediblər.

Çərşənbə günü səhər saatlarında məhkəmə Salavat şəhərindən olan 60 yaşlı etiraz iştirakçısını istintaq təcridxanasına göndərib.

Deyilənlərə görə, kütləvi iğtişaşlarda iştirak etməklə yanaşı, o, həm də dövlət məmuruna qarşı zorakılıqda ittiham olunur.

Qeyd edildiyi kimi, Başqırdıstanda baş verən kütləvi iğtişaşlarla bağlı ümumilikdə onlarla insan saxlanılıb, onlardan ən azı altısı qabaqlayıcı tədbir kimi həbs edilib. Onların işi üzrə məhkəmələr onların yaşadıqları və mitinqlərdə iştirak etdikləri şəhərlərdə deyil, respublikanın paytaxtı Ufaya yönləndirilib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə