Rusiyanın daha bir böyük şəhəri istiliksiz qalıb

Rusiyanın daha bir böyük şəhəri istiliksiz qalıb

Çərşənbə axşamı, yanvarın 23-də axşam Vladivostokda “Zaqorodnaya” yarımstansiyasında yanğın baş verib. Bu isə Pervomayski rayonunda yüzlərlə evdə elektrik və istilik enerjisinin kəsilməsinə səbəb olub.

SİA-nın əldə etdiyi məlumata görə, yanğın cəmi 5 kvadratmetr ərazini əhatə edib. Lakin yanğının söndürülməsinə baxmayaraq, yarımstansiyanın bərpası istiqamətində aparılan işlər bir sutka uzanıb.

Vladivostokun rəhbəri Konstantin Şestakov əmin edib ki, elektrik və istilik bu gün yerli vaxtla saat 22:00-a qədər bərpa ediləcək.

Lakin qəzadan bir gün keçməsinə baxmayaraq, hələ də bir çox evə işıq verilməyib.

Vladivostok Dumasının deputatı Aleksandr Yurtayev qeyd edib ki, tədbirdə mövcud sistemin problemləri qabardılıb.

Mütəxəssislərin fikrincə, güclü şaxta və külək səbəbindən naqillərin üst-üstə düşməsi yaranıb. Bu həm də köhnəlmiş kommunikasiyalar məsələsidir.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə