TDT-yə üzv dövlətlərin rəqabət şurası yaradılıb

TDT-yə üzv dövlətlərin rəqabət şurası yaradılıb

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin rəqabət orqanlarının bir araya gətirilməsi təşəbbüsü ilə Türk Dövlətləri Rəqabət Şurası yaradılıb.

SİA-nın əldə etdiyi məlumata görə, ilk 3 il ərzində şuraya Türkiyə sədrlik edəcək.

Həmçinin əlavə edilib ki, şuranın növbəti iclasının Şuşada keçirilməsi planlaşdırılır.

Türk Dövlətləri Rəqabət Şurası ilə bir tərəfdən üzv ölkələr arasında ortaq tarixi, dil və mədəni irs əlaqələrinin gücləndirilməsi, digər tərəfdən rəqabət hüququ problemlərinin anlaşılması və həlli üçün ortaq araşdırmalar, səfərlər və təlim fəaliyyətləri həyata keçirilməsi, layihələrin hazırlanması, bilik və təcrübə mübadiləsi və beləliklə, regionda rəqabət qabiliyyətinin artırılması nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə