İsrail ordusu bəyanat yayıb...

İsrail ordusu son 24 saat ərzində Qəzza zolağında 18 əsgərinin yaralandığını açıqlayıb.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, İsrail ordusunun açıqlamasına görə, 7 oktyabr 2023-cü ildən bu yana 1250-si Qəzzada baş verən qarşıdurmalarda olmaqla 2710 İsrail əsgəri yaralanıb.

Qəzza zolağında yaralanan İsrail əsgərlərinin sayı son 24 saatda 18 nəfər artıb.

İsrail ordusu 40-ı ağır olmaqla yaralanan 406 əsgərin müalicə olunduğunu bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə