Yanvarın 3-də İranın Kirman əyalətində İnqilab Keşikçiləri Korpusunun Qüds Qüvvələrinin komandanı Qasım Süleymaninin məzarı yaxınlığında törədilən iki hücumunda ölənlərin sayı 95-ə yüksəlib.
SİA-nın əldə etdiyi məlumata görə, İran dövlət televiziyası xəbər verir ki, Kirman Təcili Yardım Mərkəzinin sözçüsü Muhammed Saberi hücumda yaralanan və müalicə olunan 11 yaşlı Nazənin Açekzehi adlı qızın bu gün dünyasını dəyişdiyini, ölənlərin sayının 95-ə yüksəldiyini bildirib.
Qasım Süleymaninin ölümünün 4-cü ildönümü münasibətilə yanvarın 3-də anım mərasiminin keçirildiyi Kirmanda iki hücum törədildi.
İran rəsmiləri hücumun terrorçu-kamikadze tərəfindən törədildiyini açıqlamışdı.
Hücumlara görə məsuliyyəti DEAŞ terror təşkilatı öz üzərinə götürmüşdü.
Hadisədən sonra həyata keçirilən əməliyyatlar nəticəsində 6 əyalətdə 35 nəfərin saxlanıldığı, terrorçu-kamikadzelərdən birinin Tacikistan vətəndaşı olduğu bildirilmişdi.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB