Bu, Türkiyənin suveren qərarıdır...

Bu, Türkiyənin suveren qərarıdır...

Rusiya Türkiyənin İsveçin NATO-da iştirakını təsdiqləməsinin onun suveren qərarı olduğunu açıqlayıb. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Kremlin sözçüsü Dmitri Peskov paytaxt Moskvada jurnalistlərə verdiyi açıqlamada İsveçin NATO-da iştirakı ilə bağlı qanun layihəsinin Türkiyə Böyük Millət Məclisində (TBMM) qəbul edilməsini dəyərləndirib.

Türkiyənin Şimali Atlantika Alyansının (NATO) üzvü olduğunu xatırladan Peskov "Bu, aydın faktdır. Rəsmi Ankaranın bu alyansla bağlı öz öhdəlikləri, öz müzakirə prosesləri var. Bu, Türkiyənin suveren qərarıdır" deyib.

Bütün xəbərlər Facebook səhifəmizdə