İki polis rüşvət almaqda təqsirli bilinib...

İki polis rüşvət almaqda təqsirli bilinib...

Krasnodardan olan iki polis əməkdaşı qabaqcadan əlbir olaraq külli miqdarda rüşvət almaqda şübhəli bilinir. KubMash teleqram kanalı xəbər verir ki, müstəntiqlərin fikrincə, onlar narkomanlar üçün klinikanın direktorundan “patronaj” üçün 50 min rubl tələb ediblər. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Qeyd olunur ki, ötən ilin oktyabr və noyabr aylarında reabilitasiya mərkəzinin direktoru narkotiklərlə mübarizə şöbəsinin əməkdaşına 25 min rubl köçürüb.

O, pulun bir hissəsini müdiri ilə bölüşməli olub.

...İndi leytenant təcridxanadadır, polkovnik-leytenant isə xidməti intizamı kobud şəkildə pozduğuna görə işdən çıxarılıb.

Deyilənlərə görə, Krasnodar əməliyyatçıları “klinikanın ümumi himayəsi” üçün 25 min rubl aldılar.

Maraqlıdır ki, onlara konkret kimin rüşvət verdiyi açıqlanmır.

Nazlı

v

Bütün xəbərlər Facebook səhifəmizdə