...Sankt-Peterburqda metro stansiyalarından birinin yaxınlığında polis Rusiya Elmlər Akademiyasının Tətbiqi Astronomiya İnstitutunun əməkdaşını saxlayıb.
SİA-nın “Fontanka”dan əldə etdiyi məlumata görə, polisə danosu institun tələbəsi verib.
Tələbənin dediyinə görə, alim Ukrayna tərəfini müdafiə edərək çıxış edirmiş. Bundan əlavə, onun bel çantasında Ukrayna bayrağının rənglərində üçə beş santimetr ölçülü şevron olub.
Rus polisi alimin hərəkətlərində “Rusiya silahlı qüvvələrini nüfuzdan saldığını” görüb və...o dəqiqə qandallayıb.
Saxlanılan şəxsin adı açıqlanmadığı deyilir.
...Aydın olur ki, o, daha əvvəl digər alimlərlə birlikdə Rusiyanın Ukraynadakı müharibəsinə qarşı açıq məktub imzalayıb.
Deyilənlərə görə, alimin saxlanılmasında iştirakçı olan tələbə əvvəllər Donetskdə təhsil alıb, sonra Rusiya tərəfində könüllü olaraq döyüşüb, ordudan tərxis olunub və Sankt-Peterburq Dövlət Universitetinin beynəlxalq münasibətlər fakültəsində təhsilini davam etdirib.
Onun ictimai fəaliyyətlə məşğul olduğu, müxtəlif tədbirlərdə çıxış etdiyi bildirilir.
Nazlı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB