Terrorla mübarizə çərçivəsində daha 3 terrorçu zərərsizləşdirilib

Terrorla mübarizə çərçivəsində daha 3 terrorçu zərərsizləşdirilib

İraqın şimalında "Pəncə" əməliyyatı bölgəsində separatçı terror təşkilatı PKK-nın 3 terrorçusu zərərsizləşdirilib. SİA bu barədə Türkiyə saytlarına istinad edir.

Türkiyə Milli Müdafiə Nazirliyindən verilən açıqlamada "İraqın şimalındakı "Pəncə" əməliyyatı bölgəsində aşkarlanan 3 PKK terrorçusu zərərsizləşdirilib. Terror təşkilatı PKK ilə harada olursa-olsun, son terrorçu zərərsizləşdirilənə qədər mübarizəmiz davam edəcək" ifadəsi işlədilib.

Bütün xəbərlər Facebook səhifəmizdə