Ruslar SAMP-T zenit-raket kompleksini məhv etdiklərini deyirlər...

Ruslar SAMP-T zenit-raket kompleksini məhv etdiklərini deyirlər...

Rusiya Silahlı Qüvvələri bir gün ərzində Ukrayna Silahlı Qüvvələrinin iki briqadasının sursat anbarlarını və Fransa istehsalı olan SAMP-T zenit-raket kompleksini məhv edib. SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bu barədə xəbəri çərşənbə günü Rusiya Müdafiə Nazirliyi yayıb.
Ukrayna Silahlı Qüvvələrinin 31-ci mexanikləşdirilmiş və 26-cı artilleriya briqadalarının silah-sursat anbarları, Fransa istehsalı olan SAMP-T zenit-raket kompleksi və S-300 zenit-raket kompleksinin radar stansiyası məhv edilib.

Rusiya Federasiyası Silahlı Qüvvələrinin məlumatına görə, raket qoşunları və artilleriya hücumu nəticəsində Ukrayna Silahlı Qüvvələrinin atəş mövqelərindəki 127 artilleriya bölməsi, 132 canlı qüvvə və hərbi texnika məhv edilib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə