“Ukrayna Qərbə görə atılmış uşağa çevriləcək...”

“Ukrayna Qərbə görə atılmış uşağa çevriləcək...”

...Birləşmiş Ştatlar Ukraynaya kömək etmək niyyətində deyil, tezliklə dövlət öz xalqına belə lazım olmayan atılmış uşağa çevriləcək.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, bunu NEWS.ru-ya Federasiya Şurasının beynəlxalq məsələlər komitəsi sədrinin birinci müavini Vladimir Cabarov deyib.

Qeyd edək ki, bundan əvvəl Almaniya İqtisadiyyatının Şərq Komitəsində çıxışı zamanı Almaniyanın maliyyə naziri Kristian Lindner, ölkəsinin Ukraynadakı münaqişənin maliyyə yükünün öhdəsindən tək gələ bilməyəcəyini demişdi.

O, Avropa İttifaqı tərəfdaşlarını Kiyevə dəstəyini gücləndirməyə çağırıb.

2023-cü ilin dekabrında Almaniya kansleri Olaf Şolz da Ukraynaya yardımı “Almaniya üçün çağırış” adlandırmışdı.

Cabarovun sözlərinə görə, Avropa ölkələri elə bir dövrə qədəm qoyur ki, daxili problemlər onları Kiyev rejiminə sərmayə qoymağa dəyərmi deyə düşündürür. Konkret vəziyyətdə Almaniya ABŞ-ın köməyinə ümid edir, lakin Vaşinqton Ukraynaya pul xərcləmək fikrində deyil...

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə