65 ukraynalı məhbusun olduğu təyyarə qəzaya uğrayıb

65 ukraynalı məhbusun olduğu təyyarə qəzaya uğrayıb

Ukraynalı məhbusları daşıyan İl-76 tipli təyyarənin Rusiyanın Belqorod vilayətində qəzaya uğradığı açıqlanıb. SİA xarici mətbuata istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi sözügedən təyyarədə 65 ukraynalı hərbçinin olduğunu bildirib.

Hadisənin səbəbi ilə bağlı hələlik heç bir məlumat paylaşılmayıb. Vilayətin qubernatoru Vyaçeslav Qladkov araşdırma aparmaq üçün hadisə yerinə gedəcəyini açıqlayıb. Qladkov bildirib ki, hazırda ərazidə təcili yardım qrupları işləyir. Bildirilib ki, hərbi yük təyyarəsi olan İl-76 90 sərnişini daşıya bilir.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə