ABŞ "F-16"-ların Türkiyəyə satışı ilə bağlı bəyanat yayıb

ABŞ "F-16"-ların Türkiyəyə satışı ilə bağlı bəyanat yayıb

ABŞ administrasiyası bəyan edib ki, "F-16"-ların Türkiyəyə satışı həm özlərinin, həm də Türkiyənin və NATO-nun digər müttəfiqlərinin milli təhlükəsizlik maraqlarına uyğundur. SİA bu barədə Türkiyə saytlarına istinad edir.
Ağ Ev Milli Təhlükəsizlik Şurasının rəsmisi Türkiyəyə F-16 satışına dair verdiyi açıqlamada qeyd edib ki, ABŞ Prezidenti Cozef Bayden Türkiyənin "F-16" donanmasının modernləşdirilməsini əvvəldən dəstəkləyib.

""F-16" satışı NATO daxilində qarşılıqlı əlaqəni gücləndirəcək və ABŞ-ın milli maraqlarına uyğundur. Xarici ölkələrə silah satışında Konqresin mühüm rolu var və biz bu məsələdə Konqreslə işləyirik", - deyə Ağ Ev rəsmisi bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə