ABŞ-ın Nyu-Cersi ştatında Türkiyə vətəndaşına ilk dəfə yaşadığı şəhərin açarı verilib. SİA xarici mətbuata istinadən xəbər verir ki, Türkiyə əhalisinin ən sıx olduğu Nyu-Cersi ştatının Paterson şəhərində yaşayan iş adamı Hüseyn Bayrama şəhərin açarını bələdiyyə sədri Andre Sayeq təqdim edib. Paterson Bələdiyyəsində keçirilən rəsmi mərasimdə Sayeq Bayrama yaşadığı şəhərə verdiyi töhfələrə görə təşəkkür edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB