NATO müdafiə nazirlərinin toplantısının vaxtı AÇIQLANDI

NATO müdafiə nazirlərinin toplantısının vaxtı AÇIQLANDI

Fevral ayında NATO müdafiə nazirlərinin toplantısı keçiriləcək. SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Alyansın Baş katibi Yens Stoltenberq keçirdiyi brifinqdə deyib.

O bildirib ki, əsas mövzu Alyansın hərbi istehsalının artırılması olacaq. Baş katib iclasın dəqiq tarixini açıqlamayıb. Y.Stoltenberq söyləyib ki, sursat istehsalının artırılması Ukraynaya dəstək üçün zəruridir: "Biz Ukraynanın ehtiyaclarını görürük. Ona görə də istehsalı artırmalıyıq”.

Bütün xəbərlər Facebook səhifəmizdə