Ramzan Vladimir Putinin ətrafında toplanmağa çağırıb...

Prezident seçkiləri öncəsi Kadırov Çeçenistanın seçki komissiyalarına 25 milyon rubl ayırıb
Ramzan Vladimir Putinin ətrafında toplanmağa çağırıb...

Çeçenistan rəhbərinin ehtiyat fondundan Rusiyada prezident seçkiləri ərəfəsində respublikanın seçki komissiyaları arasında bölüşdürüləcək 25 milyon rubl ayrılıb.

SİA-nın əldə etdiyi məlumata görə, Ramzan Kadırov bununla bağlı yanvarın 19-da sərəncam imzlayıb.

...Çeçenistan Respublikasının Seçki Komissiyası büdcədən ayrılan vəsaitlərin məqsədyönlü və səmərəli istifadəsini təmin etməlidir.

Bu region rəhbərinin və hökumətinin rəsmi portalında dərc olunan sənəddə deyilir.

Maraqlıdır ki, sərəncamda pulun hansı məqsədlərə xərclənəcəyi dəqiq göstərilmir.

Çeçenistan seçki komissiyasının məlumatına görə, yanvarın 1-nə bu bölgədə 807 min seçici yaşayır ki, onlardan 189 mini Qroznıdadır.

Çeçenistan Respublikasının seçki komissiyasından əlavə, dörd mindən çox üzvdən ibarət 20 ərazi və 508 məntəqə seçki komissiyası fəaliyyət göstərir.

Qeyd edək ki, Kadırov “Vladimir Putinin ətrafında toplanmağa” və 2024-cü ildə Rusiyada keçiriləcək prezident seçkilərində ona səs verməyə çağırıb.

O, bu bəyanatı dövlət başçısı yeni - beşinci müddətə namizədliyini irəli sürəcəyini rəsmən elan etdikdən sonra verib.

Ağasəf Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə