...Kreml Ukrayna ərazisinin 1 kvadrat kilometri müqabilində təxminən 400 döyüşçüsünü qurban verir.
SİA-nın əldə etdiyi məlumata görə, bunu Ukraynanın müdafiə naziri Rustem Umerov deyib.
“Ramşteyn” formatında Ukraynanın Müdafiəsi üzrə Təmas Qrupunun bu gün keçirilən 18-ci iclasında çıxışı zamanı Umerov Rusiya Federasiyasının minlərlə əsgərini ölümə göndərdiyini deyib.
…Bir kvadrat kilometr torpaq müqabilində orta hesabla 400 əsgər qurban verirlər. Son görüşümüzdən, ötən ilin noyabrından bəri Rusiya 54 mindən çox əsgər itirib. Bununla belə, düşmənin limitsiz səfərbərlik resursları hələ də var.
Bunu deyən Umerov, düşmən hücumlarının “strateji” nəticələrindən də danışıb, belə ki, o, Baxmut və Marinkadakı vəziyyəti şərh edib.
…Rusiyanın nəhəng hərbi sənayesinin, təcavüzkarın bütün ordusunun ilboyu iki şəhərin - Baxmut və Marinkanın xarabalıqlarını ələ keçirməsi çətin ki, nailiyyət hesab oluna bilməz.
Bunu da Umerov deyib və düşmənin bütün cəbhə xətti boyunca hücum hərəkətlərini dayandırmadığını diqqətə çatdırıb.
Rusların Ukrayna qüvvələrinə nisbətən altı dəfə çox artilleriya mərmisi istifadə etdiyini, resurslarına və silah istehsalında üstünlüyünə baxmayaraq, Rusiya strateji hədəflərinə yaxın deyil. Ona görə də, bütün Rusiya hərbi maşını Ukraynanın kiçik kəndlərinə hücum etmək üçün tam gücü ilə işləyir.
Ukraynalı nazir bildirib.
…Təsəvvür edin ki, nisbətlər 1-dən 1-ə qədər olsa, döyüş meydanında vəziyyət tam dəyişəcək. Buna görə də sizin daimi dəstəyiniz və hərbi yardım paketlərinin artırılması Ukrayna üçün son dərəcə vacibdir.
Bunu da Ukraynanın müdafiə naziri tədbir iştirakşılarının nəzərinə çatdırıb.
Ağasəf Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB