Nadejdin namizədliyi üçün 100 min imza toplayıb...

Nadejdin namizədliyi üçün 100 min imza toplayıb...

Rusiya prezidentliyinə namizəd Boris Nadejdin namizədliyinin müdafiəsi üçün 100 min imza toplayıb.

SİA-nın əldə etdiyi məlumata görə, imza toplantısı davam edir.

Qeyd edək ki, Nadejdin Vətəndaş Təşəbbüsü partiyasından namizədliyini irəli sürür, açıq anti-müharibə mövqeyi tutur və beşinci dəfə prezident olmaq üzrə olan Vladimir Putinin siyasətinə açıq şəkildə qarşı çıxır. Nadezhdinin hazırda 60 yaşı var, o, siyasətdəki karyerasına 1990-cı illərdə başlayıb. 2000-ci illərdə Sağ Qüvvələr Birliyi Partiyasından Dövlət Dumasının deputatı olub.

Qeyd edək ki, bundan əvvəl Rusiyanın müxalif siyasətçiləri, Maksim Kats, Mixail Xodorkovski və Aleksey Navalnının tərəfdarları Nadejdinin namizədliyini dəstəkləməyə çağırıblar.

Və bundan sonra Rusiya və xarici şəhərlərdə Nadejdin üçün imzatoplama məntəqələrində növbələr yaranıb.

Yeri gəlmişkən, imzaların toplanması yanvarın 31-də başa çatır. MSK fevralın 10-dan gec olmayaraq namizədlərin qeydiyyatını elan edəcək. Hazırda prezidentliyə öz dəstəklərinə imza toplamaq icazəsi verilmiş və ya parlament partiyaları tərəfindən irəli sürülən 11 namizəd mübarizə aparır.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə