NATO-nun müdafiə nazirlərinin toplantısı açıqlanıb

NATO-nun müdafiə nazirlərinin toplantısı açıqlanıb

NATO Müdafiə Nazirliyinin rəhbərləri fevralın 15-də görüşəcək.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bu barədə RİA Novosti alyansın mətbuat xidmətinə istinadən məlumat yayıb.

Nazirlərin görüşü Brüsseldə baş tutacaq. Görüşün əsas mövzusunun NATO ölkələrində hərbi istehsalın artırılması olacağı gözlənilir.

Bundan əvvəl alyansın təxminən 220 min 155 mm-lik artilleriya mərmisinin alınması üçün 1,2 milyard dollarlıq müqavilə imzaladığı bildirilirdi.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə