Xarkovada ölənlərin sayı 8 nəfərə çatıb, 62 nəfər yaralanıb

Xarkovada ölənlərin sayı 8 nəfərə çatıb, 62 nəfər yaralanıb

Xarkova edilən raket hücumu nəticəsində ölənlərin sayı 8-ə çatıb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Xarkov meri İqor Terexov telemarafonun efirində məlumat verib.

“Ölənlərin sayı 8-ə çatıb. Hündür mərtəbəli yaşayış binasının qalıqları altından bir uşağın cəsədi çıxarılıb”, - deyə Terexov əlavə edib.

Onun sözlərinə görə, Rusiyanın yanvarın 23-də hava hücumu nəticəsində yaralananların sayı 62 nəfərə çatıb.

Xilasetmə işləri davam etdirilir, dağıntılar altında insanların olduğu güman edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə