Təyyarə hücumu Rusiyanın ən böyük terminalını iflic edib

Təyyarə hücumu Rusiyanın ən böyük terminalını iflic edib

...Ukraynaya məxsus pilotsuz təyyarənin Leninqrad vilayətinə zərbə endirilməsi Rusiya Federasiyasının ən böyük mayeləşdirilmiş təbii qaz istehsalçısı olan “Novatek” şirkətinin ixrac terminalının işini iflic edib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, basqından üç gün sonra xaricə ildə 5 milyon tona qədər neft məhsulunun satıldığı terminal işləməkdə davam edir.

Amma “Reuters”un məlumatına görə, Rusiyanın Baltik dənizindəki əsas limanında yerləşən terminala zərbələr nəticəsində iki çən və bir nasos stansiyası zədələnib, yanğını söndürmək üçün fövqəladə xidmətlər bir sutkadan çox vaxt aparıb.

“Novatek”dən verilən məlumata görə, Malayziya, Sinqapur, Tayvan və Çindəki müştərilərə nafta və təyyarə yanacağı satan şirkət hazırda istehsal proseslərini dayandırıb.

Qeyd edək ki, digər, Rusiyanın neft ixracının 40 faizini təşkil edən Ust-Luqada neftin daşınması bazar ertəsi günü bərpa edilib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə