İran Prezidenti sabah Türkiyəyə səfər edəcək

İran Prezidenti sabah Türkiyəyə səfər edəcək

İran Prezidenti Seyid İbrahim Rəisi yanvarın 24-də Türkiyəyə rəsmi səfər edəcək.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, səfər çərçivəsində ikitərəfli və heyətlər arasında görüşlərin keçirilməsi, iki dövlət başçısının mediaya birgə açıqlama vermələri gözlənilir.

Səfərin əsas gündəm mövzuları terrorla birgə mübarizə, İsrail-Fələstin və Rusiya-Ukrayna qarşıdurmalarıdır.

Səfər çərçivəsində Türkiyə-İran Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının 8-ci iclasının keçirilməsi, eləcə də iki ölkə arasında ticarət, iqtisadiyyat, mədəniyyət və elm kimi ayrı-ayrı sahələrdə 10-a yaxın sənədin imzalanması nəzərdə tutulur.

Bütün xəbərlər Facebook səhifəmizdə