Samarada geyim bazarında yanğın...

Samarada geyim bazarında yanğın...

...Samarada ən böyüklərdən biri olan "Kirovski" geyim bazarında baş verən yanğın nəticəsində bir neçə miqrant külli miqdarda itki verib.

SİA-nın əldə etdiyi məlumata görə, yanvarın 22-də səhər saatlarında bazarda yanğın baş verib.

Alov alış-veriş salonlarından birini bürüyüb və şahidlərin sözlərinə görə, o, sürətlə yayılmağa və getdikcə daha çox pavilyonları bürüməyə başlayıb.

...Beş saat ərzində yanğını söndürmək mümkün olmayıb.

Hadisənin şahidi olanlar yanğının tez bir zamanda geyim şöbəsinə keçdiyini və onu söndürməyin çox çətin olduğunu deyiblər.

Samara yanğınsöndürmə xidməti yanğının söndürülməsinin asan iş olmadığını təsdiqləyib.

Deyilənlərə görə, yanğının söndürülməsinə 173 nəfər yanğınsəndürən və 58 texnika, həmçinin əlavə qüvvələr: Samara kommunal sistemlərindən 120 ton su olan yanğın qatarı və 4 qazanxana cəlb olunu.

Bu barədə Samara yanğınsöndürmə xidməti məlumat yayıb.

Samara vilayətinin prokurorluğu bu faktla bağlı cinayət işi açıb. İlkin məlumata görə, yanğın elektrik naqillərində qısaqapanma nəticəsində baş verib. Ölən və yaralanan olmayıb.

Sosial şəbəkələrdə yayılan videolarda ticarətçilərin mallarını yanğından xilas etməyə çalışdıqları görünür.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə