Kamikadze pilotsuz uçan aparat yaşayış binasına çırpılıb...

Kamikadze pilotsuz uçan aparat yaşayış binasına çırpılıb...

Ukrayna Silahlı Qüvvələrinə məxsus kamikadze pilotsuz uçan aparat Belqorod vilayətinin Lozovaya Rudka kəndində şəxsi yaşayış binasına çırpılıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə vilayətin qubernatoru Vyaçeslav Qladkov Telegram-da məlumat verib. Onun sözlərinə görə, partlayış nəticəsində evdə pəncərələr sınıb, divarlar qırılıb. Elektrik xətti zədələnsə də, amma ölən və yaralananlar olmayıb.

Təcili xidmətlər hadisə yerindədir.

Qeyd edək ki, bu gün ərzində Belqoroda edilən üçüncü hücumdur.

Onu da qeyd edək ki, bir müddət əvvəl Balki kəndində də dron partlayıb. Bu vaxt avtomobilə ziyan dəyib.

Bundan iki saat sonra Qladkov Terezovka kəndinə pilotsuz təyyarə ilə hücum edildiyini, burada şəxsi yaşayış binasına və iki avtomobilə ziyan dəydiyini bildirdi.

Hər iki halda yerli sakinlərin xəsarət alması barədə məlumat daxil olmayıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə