İsrail ilk dəfə olaraq bir gündə ən böyük itkisini verib...

İsrail ilk dəfə olaraq bir gündə ən böyük itkisini verib...

İsrail Müdafiə Qüvvələri Qəzza zolağında HƏMAS qruplaşmasına qarşı quru əməliyyatının başlamasından bəri ilk dəfə olaraq bir gündə ən böyük itkisini verib.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, ordu komandanlığının son məlumatlarına görə, son 24 saat ərzində 24 İsrail əsgəri həlak olub.

İsrail ordusunun sözçüsü kontr-admiral Daniel Həqarinin sözlərinə görə, İsrail əsgərlərinin yerləşdiyi iki binada partlayıcının işə salınması nəticəsində 21 əsgər həlak olub. Hazırda hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır.

Yeri gəlmişkən, bu arada bir İsrail tankı da qumbaraatanla vurulub.

İsrail prezidenti İsaak Hersoq hərbçilərin ölümü ilə bağlı başsağlığı verib.

...Bu, çox çətin bir səhərdir. Ən amansız döyüşlər hazırda Qəzza zolağının cənub-qərbində, HƏMAS-ın əsas qüvvələrinin cəmləşdiyi Xan Yunis şəhərində gedir.

Bunu İsrail prezidenti deyib.

Qeyd edək ki, bazar ertəsi İsrail əsgərlərinin HƏMAS döyüşçülərinin müdafiəni saxladığı deyilən xəstəxana binasını ələ keçirməsi xəbəri yayılıb.

Amma Fələstin tərəfi bu iddiaları rədd edir. HƏMAS-ın nəzarətində olan Qəzza Səhiyyə Nazirliyi tibb işçilərinin israillilər tərəfindən həbs edildiyini bildirib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə