Vəba epidemiyasına yoluxanların sayı 10 mini ötdü - DİQQƏT!

Vəba epidemiyasına yoluxanların sayı 10 mini ötdü - DİQQƏT!

2023-cü ilin oktyabr ayında ölkənin şimalında Mozambikdə aşkarlanan vəba epidemiyası ilə bağlı yoluxmaların sayı 10 mini keçib. SİA xarici mətbuata istinadən xəbər verir ki, ölkədə vəba xəstələrinin sayının 10 min 61 nəfərə yüksəldiyi bildirilib. Verilən açıqlamada son 10 gündə 800 yeni yoluxma halının aşkarlandığı, lakin vəbadan ölüm halının qeydə alınmadığı bildirilib. Vəba epidemiyasından ən çox təsirlənən bölgələr Nampula və Tete olaraq açıqlanıb. Mozambikdə 8-12 yanvar tarixləri arasında 4 vilayətdə bir yaşdan yuxarı cəmi 2 milyon 268 min 548 insan vəba əleyhinə peyvənd edilib.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə