Yaponiyanın Aya uğurla göndərdiyi “SLIM”-in enerji ehtiyatı tükənib

Yaponiyanın Aya uğurla göndərdiyi “SLIM”-in enerji ehtiyatı tükənib

Aya uğurla eniş edən Yaponiya Aerokosmik Tədqiqatlar Agentliyinə (JAXA) məxsus “SLIM”-in batareyası bir neçə saat ərzində bitib. SİA xarici mətbuata istinadən xəbər verir ki, JAXA açıqlamasında "Ay Snayperi" ləqəbli "Ayın Tədqiqi üçün Ağıllı Eniş Vasitəsi"nin (SLIM) kosmik səyahət məlumatlarını yeniləyib. Bildirilib ki, “SLIM” yanvarın 20-də yerli vaxtla saat 00.20-də Aya uğurla enib, lakin onun akkumulyatoru 2 saat 40 dəqiqədən sonra tükənib. Nəqliyyat vasitəsinə quraşdırılmış günəş panellərinin üzü günəşə baxmadığı üçün enerji istehsal edə bilmədiyi və beləliklə də, akkumulyatorun doldurula bilmədiyi bildirilib. Qeyd olunub ki, digər funksiyaları işləyən nəqliyyat vasitəsinin Günəş şüalarının Ayın qərbinə əks olunması ilə yenidən işə salına bilər.

Müəllif: Səbinə Hüseynli

Bütün xəbərlər Facebook səhifəmizdə